"Mütaliə: Uşaq zəkasının gizli mühərriki”| Fatimə Alxaz&Pərviz Seyidli | Valideyn Bələdçisi #8
1h 4m | May 2, 2026🎙️ Bu dəfə #ValideynBələdçisi uşaqların mütaliə vərdişlərinin formalaşması, oxuya marağın necə yaradılması və valideynin bu prosesdə rolu barədə söhbət açır.
Qonağımız – Fatimə Alxaz, yazıçı, naşir, psixoloq. 2000-2004- cü illərdə Bakı Dövlət Universitetində Nəşriyyat işi və redaktəetmə ixtisası üzrə bakalavr təhsili alıb.
Fəaliyyətinə “Ağıllı bala” mənəvi-maarifləndirici uşaq jurnalının nəşri ilə başlayıb, müxtəlif nəşriyyatlarda redaktor kimi çalışıb. 2018-ci ildə “Ağıllı bala nəşriyyatı”nı quraraq uşaqlar üçün faydalı və keyfiyyətli kitabların nəşrinə fokuslanıb. Məktəbəqədər və ibtidai siniflər üçün bir çox tədris və maarifləndirici kitabların müəllifi, onlarla kitabın tərcüməçi və redaktorudur. Azərbaycanda autizm mövzusunda uşaqlar üçün yazılmış ilk hekayə kitabı olan “Adını bilməyən oğlan”ın müəllifidir.
Qonağımız – Pərviz Seyidli, yazıçı-ssenarist. 2009–2013-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində rejissorluq üzrə təhsil alıb.
Hekayə, pyes və roman müəllifi kimi tanınan Pərviz Seyidlinin “Pişik qız”, “Məktublar arxasında”, “İkimiz”, “İçərişəhərin sirli sakini” kitabları nəşr olunub. Əsərlərində melanxoliya, nostalgiya, romantika və insan psixologiyası ön plandadır. Dramaturq və ssenarist kimi “Simurq”, “İfşa çətin hədəf”, “Yalan həqiqət” seriallarının ssenari müəllifidir. “İstintaq”, “Ümid nəğməsi”, “Mələk” tamaşaları Gənc Tamaşaçılar Teatrında, “İnstinkt” tamaşası isə “M Teatr”da səhnələşdirilib.
💡 Layihə haqqında:
“Valideyn Bələdçisi” — SİMART tərəfindən hazırlanan maarifləndirici podkast layihəsidir. Layihənin məqsədi valideynləri uşağın emosional, sosial və intellektual inkişafı barədə məlumatlandırmaq, ailə dəyərlərini gücləndirmək və düşünən nəsil formalaşdırmaqdır.
📲 “SİMART” haqqında:
SİMART — uşaqlar, valideynlər və gənclər üçün yaradıcı, maarifləndirici və texnoloji kontent istehsal edən bir platformadır. Burada animasiyalar, podkastlar, 3D kontentlər və sosial mövzulu proqramlar hazırlanır. Məqsədimiz — təhsilə, düşünməyə və dəyərlərə əsaslanan gələcək nəsil formalaşdırmaqdır.
🎁 Kitablarımızı kitab dükanlarından əldə edə bilrəsiniz: “İçərişəhərin gizli sakini” və “Ən gözəl hədiyyə” - Hər bir kitabda maraqlı 8 hekayə “Fazzi: Oyanış” - Uşaqlar və yeniyetmələr üçün süni intellekt və texnologiyanı öyrədən robot romanı "Şəkillərlə möcüzələr Kosmosda" - Kosmik həqiqətləri uşaqlara sadə dildə başa salan şəkilli kitab.
#SİMART #özsehrinikəşfet #podkast #hekayələrinsehri #valideynpodkastı #uşaq #animasiya #uşaqpsixologiyası #valideynməsləhəti #psixoloji #sağlaminkişaf #simartpodkast #valideynbələdçisi #uşaqinkişafı #övladtərbiyəsi #mütaliə #kitab #psixoloq #fatiməalxaz #pərvizseyidli
