SHOW / EPISODE

Cümə xütbəsi: Özünə nəzarət #7 | Hacı Ramil Bədəlov

30m | Oct 21, 2026

İnsan özünə necə nəzarət etməlidir? “Müraqibət” nədir və insanın daim Allahın hüzurunda olduğunu hiss etməsi onun qəlbinə, niyyətinə və davranışlarına necə təsir edir?🎙 Hacı Ramil Bədəlov“Özünə nəzarət” mövzusunun 7-ci bölümündə müraqibətin Qurani əsasları, zikrin müxtəlif formaları, niyyətə nəzarət, qəlbin zikri, qəflət və qəlbin aramlığı mövzuları izah olunur.📌 Bu xütbədə:▪️ Müraqibət nədir? ▪️ Özünə nəzarətin Qurandakı dəlili nədir? ▪️ Vird, qəlbin zikri, əməli zikr və müraqibət arasında hansı fərq var? ▪️ Əməli zikr nə deməkdir? ▪️ İnsan gördüyü işdə niyyətini niyə daim yoxlamalıdır? ▪️ Əmələ Allah rəngi vermək nə deməkdir? ▪️ Müraqibət necə zikrin bir növü hesab olunur? ▪️ Zikr əslində qəlbin halıdırmı? ▪️ Qəlbin zikri insanın bədəninə və davranışına necə təsir edir? ▪️ Qəlbin xüşusu nə deməkdir? ▪️ Qəlbin sərtləşməsi və qəsavət necə yaranır? ▪️ Dünya ilə həddindən artıq məşğul olmaq qəlbə necə təsir edir? ▪️ Mənəvi insanlarla ünsiyyət niyə vacibdir? ▪️ “Allahı zikr etməklə qəlblər aram tapar” ayəsi nəyi bildirir? ▪️ İtminan və tərəddüd arasında hansı fərq var? ▪️ Müraqibət insana necə daxili arxayınlıq və qətiyyət verir? ▪️ Zikrin əksi olan qəflət insanı hara aparır? ▪️ Qəlbin qəflətinin nişanələri nələrdir? ▪️ Həva və istəklərin ardınca getmək özünə nəzarətsizliklə necə əlaqəlidir? ▪️ İnsan niyə mənəvi və zikr əhli olan insanlarla ünsiyyət qurmalıdır? ▪️ Ticarət və gündəlik məşğuliyyət Allahı unutmağa səbəb ola bilərmi? ▪️ Cümə namazından sonra “Allahı çox zikr edin” əmri nəyi göstərir? ▪️ Həcc və ibadətdən sonra zikri davam etdirmək niyə vacibdir?

Paused
Audio Player Image
Hacı Ramil Bədəlov - Cümə Xütbələri
Loading...